"Sevilya"nın qapıçısı Yassin Bunu "Əl Hilal"a keçib.
Sportarena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti yayıb. 32 yaşlı mərakeşli futbolçu ilə 3 illik müqavilə imzalanıb. İspaniya klubu bu transferdən 21 milyon avro qazanıb.
Qeyd edək ki, Yassin Bunu 2019-cu ildən "Sevilya"da çıxış edirdi.