Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, qrossmeyster norveçli şahmatçı Maqnus Karlsenlə üz-üzə gəlib. Abasov qara fiqurlarla mübarizə aparıb və məğlub olub. İkinci oyun sabah keçiriləcək.
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoş, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeş üzərində qələbə qazanıb.