"Qarabağ" növbəti transferi həyata keçirib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Andrey Lunyovla anlaşıb. Azərbaycan çempionu "Bayer"dən ayrıldıqdan sonra klubsuz qalan rusiyalı ilə 1+1 illik müqavilə imzalayıb.
31 yaşlı qapıçı "Torpedo"(Moskva), "Saturn", "Zenit", "Ufa" komandalarında oynayıb.