Tomas Müller “Bavariya”nın tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, o, 16 mövsümdü münhenlilərin formasını geyinən ilk oyunçudu.
33 yaşlı yarımmüdafiəçi Bundesliqanın I turunda “Verder”lə görüşdə (4:0) iştirak edib və məhsuldar ötürmə ilə yadda qalıb. Müller ardıcıl 16-cı mövsümdü ki, “Bavariya”nın heyətində meydana çıxmaqla yeni rekorda imza atıb. Hücumameyilli futbolçu 2008-09 mövsümündə Bundesliqa çempionunda debüt edib.
Qeyd edək ki, Tomas Müller “Bavariya” ilə 12 dəfə Bundesliqanın qalibi olub.