“Qarabağ”ın Avropa Liqasının təsnifat mərhələsinin pley-off mərhələsindəki rəqibi “Olimpiya” yeni transferini həyata keçirib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lyublyana təmsilçisi Dioqo Pintu ilə anlaşıb.
25 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
“Qarabağ” və “Olimpiya” klubları arasında ilk oyun avqustun 24-də Lyublyanada, cavab görüşü isə avqustun 31-də Bakıda keçiriləcək.