"Barselona" taksilərdən imtina etdi

14:54 20 Avqust 2023

"Barselona" öz xərclərini azaltmağın başqa yolunu tapıb.

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi gənclər akademiyasının tələbələrinə xidmət göstərən taksilərdən imtina etmək qərarına gəlib.

Artıq 25 ildir ki, Kataloniya klubunda akademiyanın tələbələrinin təxminən 80 faizini idarə edən 30 avtomobil və 40 sürücü var idi. İndi onları xüsusi avtobus əvəz edəcək.

Bəzi valideynlər bu qərardan sonra artıq övladlarını başqa klubların akademiyalarına köçürmək variantını nəzərdən keçirirlər. 


Digər xəbərlər

Xəbər xətti