Xorvatiyanın “Dinamo” klubunun azarkeşlərinə mövsümün sonunadək komandanın avrokuboklarda səfər oyunlarına gəlmək qadağan edilib.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA bəyanat yayıb.
Avqustun 7-də Yunanıstanın paytaxtı Afinada Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan bir gün öncə yerli AEK və “Dinamo” azarkeşləri arasında kütləvi dava olub, bir nəfər ölüb. Nəticədə matç ertələnib.
İlk görüş avqustun 15-də baş tutub və AEK-nin səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb. Avqustun 19-da Afinada keçirilən ikinci görüşdə komandalar bərabərə qalıb (2:2), “Dinamo” Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsində çıxışını davam etdirəcək.
Qeyd edək ki, Mahir Emreli "Dinamo"da çıxış edir.