İspaniyanın “Barselona” klubu almaniyalı qapıçı Mark-Andre ter Ştegenlə müqaviləni uzadıb.
Sportarena.az xəbər verir ki, La Liqa komandalarından olan “Barselona” 31 yaşlı Mark-Andre ter Ştegenlə müqavilənin 2028-ci ilə qədər uzadıldığını açıqlayıb.
2014-cü ildə Bundesliqa təmsilçisi “Borussia Mönchengladbach”dan “Barselona”ya yollanan alman qapıçı burada 379 rəsmi matçda iştirak edib.
Bu müddət ərzində Mark-Andre ter Ştegen “Barselona” forması ilə 5 La Liqa, 5 Kral Kuboku, 3 İspaniya Super Kuboku, 1 UEFA Çempionlar Liqası, 1 UEFA Super Kuboku və 1 FIFA Klublararası Dünya Kubokunu qazanıb.