“Qarabağ” – “Kəpəz” oyununun biletləri satışda

15:13 26 Avqust 2023

Azərbaycan Premyer Liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.

Sportarena.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün və sabah iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq. 


Digər xəbərlər

Xəbər xətti