“Qalatasaray” PSJ-nin 40 milyon avroluq futbolçusuna elçi düşdü

16:07 26 Avqust 2023

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti karyerasını Türkiyədə davam etdirə bilər.

Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində “Qalatasaray” maraqlıdır. Verratti bu yay Qətər və Səudiyyə Ərəbistanından sərfəli təkliflər alsa da, imtina edib.

İtaliya millisinin üzvü ötən mövsüm PSJ-nin heyətində 38 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Paris təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Transfermarkt”a görə, onun dəyəri 40 milyon avrodur. 


Digər xəbərlər

Xəbər xətti