"Real Madrid"in futbolçusu Vinisius Junior sıradan çıxıb.
Sportarena.az xəbər verir ki, o, İspaniya La Liqasının III turunda "Selta" ilə görüşdə zədələnərək meydanı tərk edib. Oyundan sonra mətbuata danışan komandanın baş məşqçisi Karlo Ançelotti Juniorun qarşıdan gələn "Xetafe" ilə qarşılaşmanı buraxacağını bildirib.
Sözügedən matç 2 sentyabrda keçiriləcək. 20 yaşlı hücumçunun 16 sentyabra qədər zədəsini bərpa edib "Real Sosyedad"la oyunda meydana çıxacağı gözlənilir.