"Bu gün ən zəif oyunumuz oldu" - Ayxan Abbasov

19:30 26 Avqust 2023

Misli Premyar Liqasında 4-cü turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, “Səbail” səfərdə “Turan-Tovuz”un qonağı olub – 3:1. Görüşdən sonra ev sahibi komandasının baş məşqçisi Ayxan Abbasov öz fikirlərini bölüşüb:

“Öncə Şəhriyarın ailəsinə Allahdan səbr diləyirəm.  Həqiqətən böyük itki idi. Öz xarakteri ilə iz qoyan futbolçulardan biri idi. Çox pis olduq. Oyuna gəldikdə “Səbail” tələsmir, əks hücumlara bel bağlayır. İlk dəqiqələrdən qol buraxmağımız bütün oyunu korladı. Futbolçularımız tələsməyə başladı. Rəqibin müüdafiəsini yarmaq çox çətin idi. Amma ara-sıra sürətli hücumlar qururduq. Bu gün ən zəif oyunumuz oldu. İnanıram ki, bu da son olacaq. Çempionatın əvvəlidir. Yeni futbolçular var. Hələ tam hazır deyillər. Zaman lazımdır. Komandanın potensialına inanıram. Gələcək oyunlarda daha yaxşı çıxış edəcəyik”.

- Sərtan Taşkının zəif performansının səbəbi nədir? Başqa alternativ oyunçular yoxdurmu?

- Sərtan inandığımız futbolçulardandır. Onun böyük təcrübəsi var. O, çətin dövrdən keçir. Bir səhvə görə oyunuçun üstündən xətt çəkmək olmaz. Hər futbolçunun karyerasında eniş olur. Sərtan milliyə namizəd oyunçudur. İnanıram ki, hər şey yaxşı olacaq.

- Matça tək hücumçu ilə başlağınızın səbəbi nə idi?

- Əlbəttə rəqibi görə idi. Düşündüyümüz oyun var idi. Erkən qol tələskənlik yaratdı. Hücumlarımız oldu, sadəcə sonluq çatmadı. Cinahlardan çalışdıq nəsə edək. Yaxşı oyunlarmızdan olmadı.

- Keçən turda Gəncədə Belajdi Pusi qol vurdu, amma bu dəfə ehtiyatda başladı. Adətən deyirlər ki, qalib heyəti dəyişməzlər. 

- Məndə heç vaxt bu fikir olmayıb  Həftəlik tsikl var və ona əsasən heyəti qururam.


Digər xəbərlər

Xəbər xətti