Şahin Diniyev: "Bu oyun Şəhriyar Rəhimovun ruhu üçün idi"

20:01 26 Avqust 2023

"Qələbəyə baxmayaraq, o qədər də sevinmirəm. Bu oyun Şəhriyar Rəhimovun ruhu üçün idi. Bu qələbəni onun ruhunə həsr etdik. O, komandanın formalaşmasında böyük rol oynayıb, legionerlərin bura gəlməsi üçün bəlkə 300-dən çox oyun izləyib. Ruhu şad olsun, nur içində yatsın".

Sportarena.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Turan Tovuz"a qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis komandasının 3:1 hesablı qələbəsini belə şərh edib: "Turan Tovuz" güclü və taktiki cəhətdən ağıllı oynayan komandadır. Rəqibi təhlil etmişdik. Mərkəzdə top saxlayıb kənarlardan hücumlar qurmağa çalışdıq. Futbolçulara təşəkkür edirəm. Başlanğıcdayıq, əsas heyətdə birdən-birə 9 futbolçu dəyişib. Oyundan-oyuna xətlər arasında əlaqə daha yaxşı olacaq".

O, erkən qolun komandanın oyununa müsbət təsir etdiyini deyib: "Əslində, tam başqa şey fikirləşmişdim. İlk hissədə daha çox güc sərf edib ikinci hissədə taktiki cəhətdən doğru oynamaq istəyirdik. Qol yaxşı vaxtda oldu".

Diniyev Ağabala Ramazanovun ehtiyatda qalmasının səbəbini belə izah edib: "Bu, oyunun bir hissəsidir. Qomisi də start heyətdə buraxmaq istəmirdim. Onlar driblinq edən, fərdi olaraq yaxşı keyfiyətlərə malik futbolçulardır. İstəyirdim ki, ikinci hissədə Ağabaladan yararlanım".

Şahin Diniyev Şəhriyar Rəhimovla son xatirəsini də bölüşüb: "Türkiyəyə getmədən öncə mənə dedi ki, Şahin müəllim, mən işimi bitirdim. Legionerlərin transferi ilə məşğul olurdu. Ona demişdim ki, yanvardan sonra işinə qayıdarsan".

O, dəfn mərasimində iştirak etmək məqsədilə bu oyunu təxirə salınması üçün PFL-ə müraciət edilib-edilməməsi haqda sualı belə cavablabdırıb: "Klub rəhbərliyi orada iştirak edib. Dünəndən Tovuzdayıq. Biz sabah yasda iştirak edəcəyik. Onu unutmayacağıq. Şəhriyarın ailəsi bizim ailəmiz, balaları bizim balalarımızdır".

 


Digər xəbərlər

Xəbər xətti