"Səbail" "Turan Tovuz"u, "Zirə" "Sabah"ı məğlub etdi - YENİLƏNİB

21:31 26 Avqust 2023

Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları davam edir.

Sportarena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşması Tovuzda baş tutub. Burada yerli "Turan Tovuz" "Səbail"i qəbul edib.

Tura Zirədə yekun vurulub. Lider "Zirə" doğma meydanda "Sabah"la qarşılaşıb. 

Premyer Liqa
IV tur
26 avqust
17:00. “Turan Tovuz” – “Səbail” 1:3

Qollar: Roderik Miller, 84 - Aleksandr Ramalinqom, 5, Yusif Nəbiyev, 62, Ağabala Ramazanov, 90
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu

19:30. “Zirə” – “Sabah” 1:0

Qol: Vladislav Kulaç, 2
Baş hakim: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu 


Digər xəbərlər

Xəbər xətti