FİFA onun fəaliyyətinə 90 gün qadağa qoydu

10:55 27 Avqust 2023

Beynəlxalq Futbol Federasiyası (FİFA) Luis Rubialesi müvəqqəti olaraq İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbərliyindən uzaqlaşdırıb.

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarı avqustun 26-da qurumun intizam komitəsi qəbul edib.

“FİFA İntizam Komitəsinin sədri Xorxe İvan Palasio bu gün Luis Rubialesin milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib”, - qərarda qeyd olunub.

Məhdudiyyətlərin 90 gün müddətində qüvvədə olacağı dəqiqləşib. 

Qeyd edək ki, Luis Rubiales bağlı qərar FİFA-nın avqustun 20-da baş vermiş olayla əlaqədar apardığı araşdırma fonunda qəbul edilib. Avqustun 20-də qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya yığması İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Medalların təqdim olunma mərasimində Luis Rubiales İspaniya yığmasının kapitanı Cennifer Ermosonun dodaqlarından öpüb.

Bundan sonra 80-dən artıq futbolçu, həmçinin dünya çempionatının 23 iştirakçısı Luis Rubialesin İspaniya Futbol Federasiyasının prezidenti kimi qalacağı halda yığmada oynamaqdan imtina edib.


Digər xəbərlər

Xəbər xətti