Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" klubunda rəsmi debüt edib.
Sportarena.az xəbər verir ki, onun komandası ölkə çempionatının I turunda səfərdə “Skenderbeu”nun qonağı olub. 27 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada 62-ci dəqiqədə meydana daxil olub.
Görüş "Eqnatiya"nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.