Türkiyənin “Qalatasaray” klubu İngiltərə “Tottenhem”inin iki futbolçusunu transfer edib.
Sportarena.az xəbər verir ki, müdafiəçi Davinson Sançes və yarımmüdafiəçi Tanqi Ndombele karyeralarını “Cim-Bom”un heyətində davam etdirəcəklər.
İstanbul nəhəngi oyunçuların həm özləri, həm də klubları ilə hərtərəfli razılığa gəlib. Hətta bununla bağlı Türkiyə Futbol Federasiyasına da sənəd təqdim olunub. Sançes və Ndombele bu gecə İstanbula gələrək, yeni komandaları ilə münasibətləri rəsmiləşdirəcəklər.
Kolumbiyalı Sançeslə müqavilənin müddəti 3+1 illik nəzərdə tutulub. Fransalı Ndombelenin sözləşməsinin detalları barədə isə açıqlama verilməyib.