Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, gənc hücumçu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. O, Volkan Dəmirəlin baş məşqçisi olduğu “Hatayspor”la anlaşıb. Super Liqa təmsilçisi instaqram hesabında buna işarə edən paylaşım da edib.
Qeyd edək ki, 24 yaşlı hücumçunun son klubu İsveçrə “Qrasshopper”i olub.