Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb.
Sportarena.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadə xəbər verir ki, Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.
İdmançılar 7-9 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcək.
Yığma tunirə aşağıdakı heyətlə qatılacaq:
Qızlar
48 kq
Könül Əliyeva
Vüsalə Hacıyeva
52 kq
Aydan Vəliyeva
57 kq
Fidan Əlizadə
-78 kq.
Nərmin Əmirli
+78 kq
Nigar Süleymanova
Oğlanlar
60 kq
Nizami İmranov
66 kq
Nicat Nağıyev
Aydın Rzayev
73 kq
Süleyman Əliyev
Vüsal Qələndərzadə
81 kq
Ömər Rəcəbli
90 kq
Vüqar Talıbov
İsmayıl Zamanov
100 kq
Kənan Nəsibov