“Neftçi”nin transferi tibbi müayinədən keçdi

10:03 5 Sentyabr 2023

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

Sportarena.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi Reziuan Mirzov karyerasını “ağ-qaralar”da davam etdirəcək.

Rusiya mətbuatında hücumameyilli oyunçunun paytaxt təmsilçisində artıq tibbi müayinədən keçdiyi yazılıb. Mirzov bu gün yeni komandası ilə 1 illik müqavilə imzalayacaq. Futbolçu azad agent statusu daşıdığından, “Neftçi”yə havayı başa gələcək.

Qeyd edək ki, Reziuan Mirzovun son klubu “Ximki” olub. O, bu komandaya 2020-ci ildə Moskva “Spartak”ından keçib. 


Digər xəbərlər

Xəbər xətti