"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud karyerasını İspaniyada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" onu "Xetafe"yə icarəyə verib. Bu barədə klubun saytı məlumat yayıb. 21 yaşlı forvardla mövsümün sonunadək müqavilə imzalanıb.