"Qəbələ" yeni hücumçu aldı

11:10 6 Sentyabr 2023

“Qəbələ” daha bir transfer reallaşdırıb.

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” hücum xəttini gücləndirib. Belə ki, “Adanaspor”un forvardı Samuel Tetteh eyniadlı komanda ilə 2 illik müqavilə imzalayıb. 

Tette karyerası ərzində VAFA (2014-2016), “Lieferinq” (2016-2017), “Zalsburq” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), “Nyu-York Red Bull” (2020, icarə) və “Bandırmaspor” klublarında da çıxış edib.

Qeyd edək ki, Samuel Tette 2015-ci ildən bəri Qana yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti