Bu yay transferlərə ən çox pul xərcləyən klublar - SİYAHI

13:13 6 Sentyabr 2023

Yay fasiləsində transferlərə ən çox pul xərcləyən klublar müəyyənləşib.

Sportarena.az xəbər verir ki, siyahıya “Çelsi” başçılıq edir. İngiltərə klubu yeni oyunçuların keçidinə 464 milyon avro xərc çəkib. İkinci pillədə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal” qərarlaşıb. İlk “üçlüy”ü isə PSJ qapayır.

1. “Çelsi” (İngiltərə) - 464 milyon avro

2. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) - 353 milyon

3. PSJ (Fransa) - 350 milyon

4. “Tottenhem” (İngiltərə) - 249 milyon

5. “Mançester Siti” (İngiltərə) - 241 milyon

6. “Arsenal” (İngiltərə) - 235 milyon

7. “Mançester Yunayted” (İngiltərə) - 207 milyon

8. “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) - 194 milyon

9. “Liverpul” (İngiltərə) - 172 milyon

10. “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) - 165 milyon


Digər xəbərlər

Xəbər xətti