“Qrasshopper”dən “Hatayspor”a keçən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov transferlə bağlı təəssüratlarını bölüşüb.
Sportarena.az xəbər verir ki, 24 yaşlı forvard sevincli olduğunu bildirib. O, bu mövsüm icarə əsasında formasını geyinəcəyi Super Liqa klubunda uğurlu çıxış etmək istədiyini deyib. Renat “Qrasshopper”ə təşəkkür edib: “Həyatımda yeni səhifə açılır. “Qrasshopper”ə necə minnətdar olduğumu sözlə ifadə etmək çətindi. İsveçrə klubuna və azarkeşlərinə ən yaxşısını arzulayıram”.
Qeyd edək ki, Renat Dadaşov “Qrasshopper”lə müqaviləsinin 2025-ci ilin yayına qədər uzadaraq, “Hatayspor”a icarəyə verilib.