“Qarabağ”da daha bir ayrılıq baş verib.
Sportarena.az xəbər verir ki, qapıçı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.
Yerli “Fanatik” nəşrinin yaydığı məlumata görə, 29 yaşlı qolkiper “Adana Dəmirspor”la anlaşıb. Onun yeni komandası ilə 2+1 illik müqavilə imzalayacağı bildirilib. Hətta Adana təmsilçisinin bu keçid üçün təzminat ödəməyəcəyi əlavə olunub.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da çıxış edir.