İngiltərədə ilin ən yaxşı futbolçusu müəyyənləşdi

20:25 6 Sentyabr 2023

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka ardıcıl ikinci il İngiltərədə ilin ən yaxşı futbolçusu seçilib.

Sportarena.az xəbər verir ki, o, klubunda və yığmadakı çıxışı ilə buna nail olub. Saka yay fasiləsində “Real”a keçən yarımmüdafiəçi Cud Bellinqem və “Bavariya”ya transfer olunan hücumçu Harri Keyni geridə qoyub. O, son 12 ayda İngiltərə yığmasının heyətində 10 oyunda 7 qol vurub.

Qeyd edək ki, Bukayo Saka millidə ümumilikdə 28 matça meydana çıxıb. 


Digər xəbərlər

Xəbər xətti