Avrokubokların finalı "Beşiktaş"ın stadionunda keçirilə bilər

10:20 7 Sentyabr 2023

2026 və ya 2027-ci ildə avrokuboklardan birinin finalı Türkiyədə keçirilə bilər.

Sportarena.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) Avropa Liqası və Konfrans Liqası finallarından birinə ev sahibliyi etmək üçün UEFA-ya müraciət edib. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

Finala ev sahibliyi üçün namizəd göstərilən arena "Beşiktaş"a məxsus olan "Beşiktaş Park Stadionu"dur.

UEFA finalların keçiriləcəyi stadionun adını gələn ilin may ayında təşkil olunacaq iclasdan sonra açıqlayacaq. 


Digər xəbərlər

Xəbər xətti