AFFA “Qəbələ”nin baş məşqçisini cəzalandırdı

14:12 7 Sentyabr 2023

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.

Sportarena.az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyunda mütəxəssisin qırmızı vərəqə almasına hüquqi qiymət verib.

43 yaşlı məşqçi 1 oyunluq cəzaya məruz qalıb. Klub isə buna görə 800 manat cərimələnib.

“Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, bakılıların isə 4 oyunçusu sarı vərəqə alıb. Bu, komandaların hərəyə 700 manat cərimələnməsinə səbəb olub. 


Digər xəbərlər

Xəbər xətti