Azərbaycanın iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclərin Avropa çempionatında finala yüksəliblər.
Sportarena.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov və 66 kq-da Aydın Rzayev qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar.
İmranov həlledici görüşdə İsraildən olan Yehonatan Vekslerlə, Rzayev isə Tenqo Zirakaşvili (Gürcüstan) – Migel Qaqo (Portuqaliya) cütünün qalibi ilə güləşəcək.
Qadınların mübarizəsində 52 kq-da Aydan Vəliyeva üçüncü yer uğrunda görüşdə italiyalı Mikaela Sciacovelli ilə üz-üzə gələcək.
Bu gün tatamiyə çıxan Nicat Nağıyev (66 kq), Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kq) və Fidan Əlizadə (57 kq) medal şanslarını itiriblər.