Türkiyənin "Qalatasaray" klubunda norveçli futbolçu satılıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, İstanbul təmsilçisi Fredrik Midtsyönü "Pendikspor"a satıb. Son Türkiyə çempionu norveçli yarımmüdafiəçinin satışından 3 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, "Qalatasaray" 30 yaşlı Fredrik Midtsyönü ötən ilin yayında "AZ Alkmar"dan transfer etmişdi. O, 28 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.