Messi 9 ildən sonra ilk dəfə...

10:28 8 Sentyabr 2023

Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində Ekvador yığmasını 1:0 hesabı ilə məğlub edib.

Sportarena.az xəbər verir ki, son dünya çempionuna 3 xalı gətirən qola 78-ci dəqiqədə cərimə zərbəsindən Lionel Messi imza atıb. Maraqlıdı ki, Messi 89-cu dəqiqədə əvəzlənib. O, 2014-cü ildən bəri ilk dəfə millinin rəsmi matçında sona qədər meydanda olmayıb.

Messi həm də karyerasında standart vəziyyətdən 65-ci qolunu vurub və ingiltərəli sabiq futbolçu David Bekhemə çatıb. Portuqaliyalı Kriştiano Ronaldonun aktivində 60 belə qol var.

Rekordçu 77 qolla Juninho Pernambukanodu. Onu Pele (70), Viktor Leqrotalye və Ronaldinyo (hər ikisi 66) izləyirlər. 


Digər xəbərlər

Xəbər xətti