Melanonun “Neftçi”yə transferinin detalları bəlli oldu

11:46 8 Sentyabr 2023

Argentinalı hücumçu Lukas Melanonun transferi "Neftçi" üçün təmənnasız başa gəlməyib.

Sportarena.az "Semanario de Junin"ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 30 yaşlı hücumçu üçün "Atletiko Sarmiento"ya 50 min dollar (təxminən 85 min manat) ödəyib.

Qeyd edək ki, Melano tibbi müayinədən keçmək üçün yaxın günlərdə Bakıya gələcək.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti