Yüksək Liqada iştirak edəcək komandaların sayı açıqlandı

12:15 8 Sentyabr 2023

Futzal üzrə Yüksək Liqanın 2023-24 mövsümündə iştirak edəcək komandaların siyahısı müəyyənləşib.

Sportarena.az xəbər verir ki, İcraiyyə Komitəsinin qərarı ilə yarışda 6 komanda mübarizə aparacaq. Bunlar “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record club”du. Mövsüm dairəvi sistemlə keçiriləcək və 4 dövrədən ibarət olacaq.

Yeni mövsüm sentyabrın 26-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti