40 yaşlı Melo ilə müqavilə uzadıldı

16:48 8 Sentyabr 2023

Braziliyanın "Fluminense" klubunda yeni müqavilə qeydə alınıb.

Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisi kapitan Felipe Melonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı yarımmüdafiəçi 2024-cü ilin sonuna kimi komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, "Fluminense" Felipe Melonu 2022-ci ilin yanvar ayında "Palmeyras"dan transfer edib. Braziliya millisinin sabiq üzvü komandanın heyətində meydana çıxdığı 75 rəsmi matçda 2 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti