Azərbaycan – İordaniya oyunu türkiyəli hakimlərə tapşırıldı

11:47 10 Sentyabr 2023

Sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Sportarena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Arda Kardeşler

Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan

Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan) 


Digər xəbərlər

Xəbər xətti