Ronaldo otelinin qapılarını zəlzələdən zərər çəkənlərə açdı

12:08 10 Sentyabr 2023

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Mərakeşdə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara yardım edib.

Sportarena.az xəbər verir ki, ulduz futbolçu bu ölkədə yerləşən otelinin qapılarını zəlzələ qurbanları üçün açıb. Bu barədə "Marca" nəşri məlumat yayıb. 

38 yaşlı forvardın "Pestana CR7 Marrakech" otelinin fitness mərkəzi, restoranı və açıq hovuz da var. Otel ötən gün baş vermiş güclü zəlzələdən sonra zərər çəkənləri pulsuz qəbul edib.

Qeyd edək ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb. 


Digər xəbərlər

Xəbər xətti