"Barselona" pul qazanmaq üçün görün bu dəfə nəyi satır

14:42 10 Sentyabr 2023

Maliyyə problemləri yaşayan "Barselona" daha bir addımıyla diqqətləri cəlb edib.

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi hazırda təmirdə olduğu üçün istifadə edə bilmədiyi "Kamp Nou" stadionunun sonuncu ot örtüyünü satışa çıxarıb. Müxtəlif ölçülərdə və süvenir şəklində hazırlanan qazonun qiyməti 20-420 avro arasındadır. "Barsa" məhsulun orijinal olduğunu sübut etmək üçün onu notarial qaydada təsdiqlədib.

Klub ot örtüyünün satışından 30 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Sentyabrın sonu və ya oktyabrın əvvəlindən etibarən azarkeşlər "Kamp Nou"nun oturacaqlarını və digər məhsullarını da ala biləcəklər.


Digər xəbərlər

Xəbər xətti