Türkiyənin "Fənərbaxça" klubu ev oyunlarını keçirdiyi Şükrü Saracoğlu Stadionunun adını dəyişəcək.
Sportarena.az xəbər verir ki, bununla bağlı qərar İstanbul təmsilçisinin İdarə heyətinin iclasında verilib. Arenanın Atatürk Stadionu adlanması səs çoxluğu ilə qəbul olunub.
"Fənərbaxça" ad dəyişikliyi ilə bağlı Türkiyə Gənclər və İdman Nazırliyinə rəsmi müraciət ünvanlayacaq. Bundan sonra dəyişiklik rəsmiləşəcək.