Serbiya - Azərbaycan oyununun hakimləri müəyyənləşib

16:22 10 Sentyabr 2023

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Sportarena.az xəbər verir ki, bu qarşılaşmanı türkiyəli hakimlər idarə edəcəklər. Qarşılaşma sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq.

Baş hakim: Erkan Özdemir

Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay

Dördüncü hakim: Zorbay Küçük (Hakimlər briqadası Türkiyədəndir). 


Digər xəbərlər

Xəbər xətti