FIFA referisi Rauf Cabarov təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də keçiriləcək Litva – Uels qarşılaşmasının baş hakimi olacaq.
Cabbarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.