Almaniya basketbol üzrə dünya çempionu oldu - FOTOLAR

22:23 10 Sentyabr 2023

FIBA ​​Basketbol üzrə Dünya Kuboku-2023 başa çatıb.

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, görüş Filippinin paytaxtı Manilada keçirilib.

Finalda Almaniya ölkə tarixində ilk dəfə bu kubokun sahibi olub. Belə ki, komanda finalda Serbiyaya 81:77 hesabla qalib gəlib.

Qeyd edək ki, Serbiya 2-ci yeri tutaraq gümüş medal qazanıb. Kanada 3-cü, Amerika 4-cü, Latviya 5-ci, Litva 6-cı, Sloveniya 7-ci, İtaliya isə 8-ci yerdə qərarlaşıb. 



Digər xəbərlər

Xəbər xətti