Avro-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, “Turan Tovuz”un futbolçusu Denis Marandiçinin formasını geyindiyi Moldova millisi səfərdə Farer adalarının qonağı olub. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Denis start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.