AVRO-2024-ün seçmə mərhələsində 6-cı tur götürüb.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib.
"Qarabağ"ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro Bolqarıstanı sınağa çəkib. Ev sahibi Monteneqro ilk dəqiqələrdən üstünlüyü ələ alaraq görüşün qalibi olub. Moldova iə səfərdə Farer adalarının güclü təzyiqi ilə üzləşib. Lakin komanda səfərdən minimal hesablı qələbə ilə 3 xalı qazana bilib. Qazaxıstan yığması isə doğma azarkeşləri önündə Şimali İrlandiya üzərində qələbə qazanıb. Yunanıstan isə Cəbəllütariqin qapısından 5 cavabsız qol keçirərək rəqibini darmadağın edib.
AVRO-2024, seçmə mərhələ
VI tur
10 sentyabr
H qrupu
17:00 Qazaxıstan - Şimali İrlandiya - 1:0
20:00 Finlandiya - Danimarka - 0:1
22:45 San Marino - Sloveniya - 0:4
Xal durumu: Danimarka - 13, Sloveniya - 13, Finlandiya - 12, Qazaxıstan - 12, Şimali İrlandiya - 3, San Marino - 0
E qrupu
20:00 Farer adaları - Moldova - 0:1
22:45 Albaniya - Polşa - 2:0
Xal durumu: Albaniya - 10, Çexiya - 8, Moldova - 8, Polşa - 6, Farer adaları - 1
G qrupu
20:00 Monteneqro - Bolqarıstan - 2:1
22:45 Litva - Serbiya - 1:3
Xal durumu: Macarıstan - 10, Serbiya - 10, Monteneqro - 8, Litva - 2, Bolqarıstan - 2
B qrupu
22:45 İrlandiya - Niderland - 1:2
22:45 Yunanıstan - Cəbəllütariq - 5:0
Xal durumu: Fransa - 15, Niderland - 9, Yunanıstan - 9, İrlandiya - 3, Cəbəllütariq - 0