PSJ-nin futbolçusu Yulian Draksler karyerasını Qətərdə davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, 29 yaşlı almaniyalı yarımmüdafiəçisi bu gün Dohada tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Draksler 2017-ci ildən PSJ-də çıxış edir. Fransa klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan futbolçu ötən mövsüm icarə əsasında "Benfika"da çıxış edib.