Millimizin müdafiəçisi Anton Krivotsyukun klubu “Daejeon” Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, komanda 30-cu tur çərçivəsində səfərdə “Ulsan Hyundai” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Anton da bu görüşün iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Daejeon” hazırda 38 xalla 8-ci pillədədir.