Musa Qurbanlı: "Top qapıdan necə oldu keçmədi, başa düşə bilmirəm"

15:05 17 Sentyabr 2023

Millimizin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatının 23-cü turunda doğma meydanda “Varnamo”ya 1:2 hesabı ilə məğlub olub.

Sportarena.az xəbər verir ki, 21 yaşlı forvard matçın 58-ci dəqiqəsində boş qapıya qol vura bilmədiyi epizod haqda danışıb: 

“Həmin epizodda topu qapıdan keçirə bilmədiyim üçün şokdayam. Top qapıdan necə oldu keçmədi, başa düşə bilmirəm. Amma futbolda belə hallar olur. Mübarizəni davam etdirməliyəm. Fikrimcə, bu qarşılaşmada qələbə qazanmalı idik. İkinci hissəni çox yaxşı keçirdik, qol imkanları yaratdıq. Mənim də bir neçə şansım oldu. Matçı çevirə bilərdik, təəssüf ki, alınmadı”.

Qeyd edək ki, “Yurqorden” hazırda 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti