Premyer Liqa tarixində yeni rekorda imza atılıb.
Sportarena.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. London təmsilçisi buna 5-ci turda "Şeffild Yunayted"lə oyunda imza atıb. Komanda 0:1 hesabı ilə geridə olsa da, 90+8-ci dəqiqədə hesabı bərabərləşdib və daha sonra 90+10-da qələbə qolunu vurub. Nəticədə "Tottenhem" İngiltərə çempionatı tarixinin ən gec geri dönüşünə imza atıb.
Qeyd edək ki, “Tottenhem” 5 turdan sonra 13 xal toplayıb və 2-ci pillədədir.