Ramos 18 il sonra eyni meydanda

10:49 18 Sentyabr 2023

"Sevilya" La Liqanın 5-ci turunda evdə "Las Palmas"ı 1:0 hesabı ilə məğlub edib.

Sportarena.az xəbər verir ki, yeganə qol 71-ci dəqiqədə vurulub. Qolun müəllifi Dodi Lukebakio olub.

Qeyd edək ki, bu görüş "Sevilya"nın müdafiəçisi Serxio Ramos üçün qayıtdıqdan sonra ilk olub. İspan oyunçu start heyətdə meydana çıxıb və sonacan mübarizə aparıb. Onun Əndəlüs təmsilçisinin heyətində son çıxışı 28 avqust 2005-ci ildə olub. 


Digər xəbərlər

Xəbər xətti