Azərbaycan millisinin heyətində dəyişiklik

12:43 18 Sentyabr 2023

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Sportarena.az xəbər verir ki, İsa Atayev komandadan kənarlaşdırılıb. DÇ-2024-ün elit-raundunda Niderlandla qarşılaşacaq yığmamızdakı dəyişiklik zədə ilə bağlı deyil. Baş məşqçi Vitali Borisovun qərarı ilə İsa Atayev heyətdən çıxarılıb.

Əvəzində Maneka düşərgəyə cəlb edilib. Hücumçu hazırda Macarıstanın “Studio Futsal Nyiregyhaza” klubunda çıxış edir.

Qeyd edək ki, yığmamız sentyabrın 20-də Bakı İdman Sarayında Niderlandla qarşılaşacaq. Oyun saat 18:30-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti