"Sabah" Serbiyada qalib gəldi

13:13 18 Sentyabr 2023

Sentyabrın 6-dan Serbiyada təlim-məşq toplanışında olan "Sabah" basketbol klubu hazırlıq çərçivəsində son yoxlama oyununa çıxıb.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu öncədən sınaqçı rəqib qismində "Zlatibor" klubu ilə razılığa gəlsə də, hazırlıq planında dəyişiklik baş verdiyindən Serbiyanın digər klubu "Klik"lə qarşılaşıb.

Oyun "Sabah"ın 91:62 hesablı qələbəsi ilə başa çatıb. 


Digər xəbərlər

Xəbər xətti